+99470 200 53 11

Nuriman Zakiroğlu

Bu dəfə sizi “Baku Design Academy”nin qrafik və veb dizayn mentoru – Nuriman Zakiroğlu ilə tanış edirik! 🔥

Kreativ mentorumuz daima tanınan reklam şirkətləri ilə çalışır və məşhur reklamçılar ilə iş birliyi edir.🤝 Eyni zamanda qrafik dizayn işləri ilə yanaşı yaradıcı brendinq nümumələri ilə də gündəmə gəlməyi bacarır. 💯 

O, reklamda və dizaynda yaradıcılığa xüsusi önəm verir. Məşhur işləri sırasında 2019-2020-ci illərdə “Düymə” reklam agentliyində fəaliyyət göstərərkən ərsəyə gətirdiyi və qlobalda məşhurlaşan “Focus on life” layihəsini xüsusi olaraq vurğulaya bilərik. Bu layihə Amerika, Fransa, Türkiyə, Misir və bir çox ölkələrin sosial mediadakı məşhur reklam səhifələrində yer almışdır!

O cümlədən, dünyada yaradılan istisna reklam nümunələrini paylaşan məşhur Ads of the World və Fransanın aylıq 40 milyon oxuyucusu olan Creapills platformalarında da N.Zakiroğlunun yaradıcı dizayn işlərinə rast gələ bilərsiniz.🥇
 
Poster Poster platformasının həftə ərzində ən yaddaqalan işləri paylaşdığı "Poster Monday" bölməsində mentorumuzun məşhur "Black Lives Matter" posteri xüsusi yer tutur.🏆 Qeyd edilən platforma dizaynın mədəniyyətə təsir gücünü göstərmək üçün təsis edilən onlayn platformadır. Bu platformada hələ ki, Azərbaycandan cəmi 4 dizaynerin poster işi paylaşılıbdır və onlardan biri də “Baku Design Academy”nin  mentoru – Nuriman Zakiroğludur. 💪🏼

Onu da qeyd edək ki, o, ölkəmizdə keçirilən bir sıra dizayn tədbirlərində və Azerbaijan Design Award kimi xüsusi dizayn yarışlarında da fərqli layihələriylə uğur qazanmışdır.🔥