✎𝗕𝗿𝗲𝗻𝗱 – 𝗩𝗼𝗹𝗸𝘀𝘄𝗮𝗴𝗲𝗻

🔵“Volkswagen” alman dilindən tərcümədə xalqın maşını deməkdir. Belə ki, 1937 - ci ildə bu şirkət Almaniyada məhz xalq üçün əlçatan maşınlar istehsal etmək məqsədilə yaradılmışdı.

🔵Şirkətin ilk loqosu dişli çarxın daxilinə yerləşdirilmiş Volks və Wagen sözlərinin abreviaturasından və svastika işarəsindən ibarət idi.

🔵İlk loqodan 2 il müddətində istifadə olundu. II Dünya Müharibəsi dövründə loqodakı svastika işarəsi ləğv olundu, lakin, dişli çarx və “VW” abreviaturası hələ də işlədilirdi. Buna baxmayaraq, artıq o dövrlərdə “Volkswagen”nin loqosu bugünki loqoya getdikcə daha çox bənzəməyə başladı.

🔵Uzun illər ərzində şirkət bir çox 3D loqoları sınaqdan keçirdi və nəhayət, 2019-cu ildə Frankfurt Avtomobil Sərgisində öz 2D loqosu ilə çıxış etdi. Yeni loqo müasir tələblərə uyğun olaraq sadə, hamar və aydın şəkildə yerinə yetirilmişdir.

Bəs siz hansı loqonu daha çox bəyəndiniz?