1️⃣ https://www.behance.net/shantisparrowdesign – Shanti Sidneydə – “Bug Communications” adlı kreativ dizayn studiyasında fəaliyyət göstərir. İstedadlı dizaynerin portfoliosu sizi bir çox maraqlı ideyalarla tanış edəcək! 🌟⠀

2️⃣ https://www.behance.net/zimandzou – Fransalı iki qrafik dizayner, bu sahə üzrə təhsillərini tamamladıqdan sonra, birlikdə studiya açmağa qərar verdilər. IBM, Microsoft, Hermès, TIME və The Washington Post kimi müştəriləri vardır!😎🖌️⠀

3️⃣ https://www.behance.net/annadunn – Londonlu qrafik dizayner Anna Dunn öz rəngarəng, pozitiv və cəsarətli illüstrasiyaları ilə üzünüzə təbəssüm bəxş edəcək! ✨⠀

4️⃣ https://www.behance.net/StanleyChow – Mançesterli qrafik dizayner – Stanley öz ikonik dizayn işləri ilə dünyada tanınır! 🌍👨‍🎨⠀

5️⃣ https://www.behance.net/cosmicnuggets – Şotlandiyalı dizayner öz şəxsiyyətini gizli saxlayır, lakin, işləri sözsüz bir çox insanı ilhamlandırır! Növbəti illustrasiyanız üçün ilham mənbəyi axtarırsınızsa, mütləq yararlanın. 😉⠀

6️⃣ https://www.behance.net/UnikFrik – Ruslan Khasanov Adobe, Bloomberg Markets, Computer Arts, Fortune və IBM kimi müştəriləri olan rusiyalı qrafik dizaynerdir. Tipoqrafiyaya xüsusi maraq bəsləyən Ruslanın bu sahədə mütləq baxılmalı🔥 işləri mövcuddur! 😎⠀

7️⃣ https://www.behance.net/SocioDesign – "Socio Design" Londonda fəaliyyət göstərən yüksək təcrübəli dizayn agentliyidir. Onlar özlərinin minimal və aydın dizayn tərzlərinə görə tanınırlar! Butiklərdən – Qlobal brendlərə qədər geniş müştəri bazasına sahibdirlər! 💥